Növbəti ilin inflyasiya proqnozu açıqlandı
İqtisadiyyat
10:44 / 01.11.2024
1894
2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.