“Qarabağ”ın oyunlarını rumıniyalı hakimlər idarə edəcək

İdman
10:39 / 01.11.2024
1625
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının Avropa Kubokunun 1/16 final mərhələsində "Qaliçanka" (Ukrayna) ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.
Sfera.az xəbər verir ki, hər iki görüşü rumıniyalı referilər - Yonut Marian və Suliman Qesur idarə edəcəklər.
Qarşılaşmalar noyabrın 16-17-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.