“Azərbaycan 2016-cı ili çox uğurla başa vurur”
Cəmiyyət
14:29 / 30.12.2016
687
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclası ilə bağlı çıxş edərkən spiker Oqtay Əsədov bildirib.
Spiker Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti Azərbaycan xalqını və Prezidentini təbrik edib:
"Xalqın maraqları və tələbləri üzərində qurulan siyasətə görə, cənab prezidentə hamımızın adından minnətdarlıq bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə, cənab prezidenti və ailə üzvlərini səmimi qəlbdan təbrik edirik. Dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik”.
O.Əsədov qeyd edib ki, 2016-cı ildə Milli Məclis 10 iclasda 195 qanun və qərar qəbul edilib:
"Milli Məclis, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsasları və strateji Yol Xəritələrinin hazırlanması, həyata keçirilməsi ilə bağlı olaraq öz köməyini ifadə edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak ediblər. Bu il həmçinin biz, 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox nümayəndə heyəti səfər etdi. Deputatlar bir çox ölkələrin parlament, prezident seçkilərində iştirak etdilər. Bu sessiyada 40-dan çox ölkənin 50-yə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurublar. Bu il Milli Məclisdə 2 mühüm tədbir də keçirmişik”.