Gədəbəydə yük avtomobili aşdı, ölən və yaralanan var

Hadisə
22:20 / 31.10.2024
3785
Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var.
Sfera.az-ın məlumatına görə, hadisə Ərtəpə kəndində qeydə alınıb.
"QAZ-53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 1975-ci il təvəllüdlü Məzahir Bağırov dünyasını dəyişib.
Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.