Tağı Əhmədovun hakim oğlu cəzalandırılır - FOTO

Tağı Əhmədovun hakim oğlu cəzalandırılır - FOTO

Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar qəbul edib.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb R.Əhmədovun bir neçə yaşayış binasının sakinlərinin məcburi köçürülməsi ilə bağlı qərar çıxarması olub.

 

Yuxarı instansiya məhkəməsinin hakimləri Rauf Əhmədov haqda tədbir görülməsindən ötrü Məhkəmə-Hüquq Şurasına məktub göndərib.

 

Məsələ ondan ibarətdir ki, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində tikinti ilə məşğul olan “Kursus-Nizami” şirkəti ilə yerli sakinlər arasında xeyli müddətdir mübahisə gedir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edub ki, ərazidəki binalara giriş qadağan olunsun, evlər boşaldıladaq binalar sökülsün. Hakim Rauf Əhmədov da şirkətin ərizəsini təmin edib.

 

Qərarda yazılır ki, evlər qəzalı vəziyyətdədir, sökülməsi qanunauyğundur. Amma maraqlıdır ki, Nizami Rayon Məhkəməsinin başqa hakimləri yekun qərar verilənədək şirkətə binaları sökməyi qadağan edib.

 

Bakı Apellyasiya Məhkəməsi sakinlər tərəfindən Rauf Əhmədovun qərarı ilə bağlı verilmiş şikayəti əsaslı hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, Rauf Əhmədovun qərarı vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub. Hakim maliyyə cəhətdən güclü mövqedə olan “Kursus-Nizami” MTK-nın maraqlarını müdafiə edib.

 

Qeyd edək ki, hakim Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, bu ay vəfat edən Tağı Əhmədovun oğludur.


OXŞAR XƏBƏRLƏR

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...

Hansı spirtin qəbulu ağır ölümə səbəb ola bilər? – ARAŞDIRMA

Son günlərdə spirtdən ölənlərin sayı artır. Onların texniki spirtdən zəhərləndiyi bildirilir.   Bəs insanların həyatına son qoyan etil spirtidir, yox...

Kleopatranın vətəni sular altında batır: Misirdə məşhur şəhər dağılır

Kleopatranın doğulduğu yer, Misirin tarixi İsgəndəriyyə şəhərində yeni araşdırmaya görə, sahil eroziyası və Aralıq dənizinin səviyyəsinin yüksəlməsi ilə əlaqəli...