AMB bu mərkəzlərin fəaliyyətini dayandırır - QƏRAR

AMB bu mərkəzlərin fəaliyyətini dayandırır - QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib.

 

Qeyd olunub ki, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

 

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və milli poçt operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və milli poçt operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.

 

Optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley-xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar AMB-nin aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.

 

Bakı şəhəri:

 

AMB-nin inzibati binası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27

 

Yevlax şəhəri:

 

AMB-nin Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82

 

Biləsuvar şəhəri:

 

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B

 

Naxçıvan şəhəri:

 

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32

 

Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə bağlı müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada AMB-yə ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə AMB-nin internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya //randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, AMB-nin fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara AMB-nin “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...