Şimali Koreya ballistik raket atdı - Yaponiya TŞ təcili toplandı

Şimali Koreya ballistik raket atdı - Yaponiya TŞ təcili toplandı

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raket atıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

 

Bu barədə Yaponiya Müdafiə Nazirliyi də məlumat verib. Yaponiya Nazirlər Kabineti məsələ ilə bağlı Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

 

Nazirliyin ilkin hesablamalarına görə, raket Yaponiyanın Okuşiri adasından təxminən 300 km qərbə, ölkənin müstəsna iqtisadi zonasından kənara düşüb. Onun dik trayektoriya ilə uçan qitələrarası ballistik raket olması ehtimalı var.

 

"Uçuşun müddəti 86 dəqiqə olub ki, bu, tarixdə ən uzun uçuş dövrüdür, həmçinin hündürlüyün 7000 km-dən çox olduğu təxmin edilir. Biz raketin qitələrarası raket olduğunu güman edirik, onun yeni tip olub-olmadığını müəyyən etmək üçün təhlillərimizi davam etdiririk", - Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib.

 

Qeyd edək ki, ən son ballistik raket sınağı 2023-cü ilin dekabrında baş tutub.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...