Xaçmazda 69 yaşlı qadını maşın vuraraq öldürdü

Xaçmazda 69 yaşlı qadını maşın vuraraq öldürdü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, rayonun Mənzil Kommunal Təsərüfat İdarəsinin işçisi olan Xaçmaz şəhər sakini, 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyeva işə gedərkən onu "VAZ-21011" markalı minik avtomobili vurub.

 

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR