"Qiyməti artırmaqdansa, kefiyyətsiz spirtli içkiləri..." - AÇIQLAMA

"Qiyməti artırmaqdansa, kefiyyətsiz spirtli içkiləri..." - AÇIQLAMA

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur. 

 

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. n

 

Maraqlıdır, spirtli içkilər üçün minimum qiymətlərin müəyyən edilməsi gözlənilən nəticəni verəcəkmi? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə, hansısa satış məhsulu ilə bağlı minimum qiymət müəyyən edilməsi düzgün yanaşma deyil: 

 
“Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Çünki Milli Məclisdəki müzakirələrdən belə başa düşmək olur ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin aşağı olması ilə bağlı deyil. Əslində, ucuz və kefiyyətsiz alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar, məsələn, 2 manata deyil, 3 manata satılacaq, dəyişən bir şey olmayacaq.İstər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur. Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu”.

 

Ekspert qeyd etdi ki, minimum qiymət rəsmən yüksəldikcə qara bazar artacaq və keyfiyyətsiz məhsullar bazara daha çox çıxacaq, nəticə etibarilə insanların sağlamlığına daha çox zərər dəyəcək:

 

“Buna görə də şəxsən mən, istər ideoloji, istərsə də iqtisadçı olaraq bu yolun qəti əleyhinəyəm. Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...