Özəl bağçalara hansı dövlət qurumu nəzarət edir? - AÇIQLAMA

Özəl bağçalara hansı dövlət qurumu nəzarət edir? - AÇIQLAMA

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələrində baş verən hadisələr həmin bağçalara nəzarətin necə olduğu barədə suallar doğurur. Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700-ü dövlət, 157-si özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 

 

2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilib. 2021-ci ildə isə yenidən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

 

Maraqlıdır, hazırda özəl məktəbəqədər təhsil müəssisələri hansı qurumun tabeliyindədir? Özəl bağçalara nəzarət necə təmin edilir?

 

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanladıq.

 

MÜTDA-dan Sfera.az-ın sorğusunda cavab olaraq bildirildi ki, özəl məktəbəqədər təhsil müəssisələri müstəqil sahibkarlıq subyekti kimi hər hansı qurumun tabeliyində deyil və öz nizamnaməsi əsasında fəaliyyət göstərir:

 

“Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə həyata keçirilir”.

 

Məlumat üçün bildirək ki, bağçaların fəaliyyət göstərməsi üçün lazım olan lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Belə ki, 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib. 

 

Bunları nəzərə alaraq deyə bilərik ki, özəl məktəbəqədər təhsil müəssisələrinin tabe olduğu qurum yoxdur. İqtisadiyyat Nazirliyindən lisenziya ala bilən müəssisələr öz daxili nizamnamələri ilə fəaliyyət göstərə bilirlər. Elm və Təhsil Nazirliyinə isə sadəcə dövlət məktəbəqədər təhsil müəsissələri tabedir.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...