Qatar vuranların sayı artıb, qurban olmamaq üçün nə etməliyik? - Ekspertdən TÖVSİYƏ

Qatar vuranların sayı artıb, qurban olmamaq üçün nə etməliyik? - Ekspertdən TÖVSİYƏ

Bakıda iki nəfər qatarın altında qalaraq ölüb. Belə ki, dünən saat 22:15-də elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Bu konteksdə, ümumiyyətlə, son zamanlar qatarın altında qalıb ölənlər və ya ciddi xəsarət alanlarla bağlı xəbərlərin sayında artım müşahidə olunur. Əksər hadisələr isə ehtiyatsızlıqdan baş verir.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, dəmiryol keçidlərində həm sərnişinlər, həm də nəqliyyat vasitələri mütləq təhlükəsizlik üçün nəzərdə tutulmuş hüdud xətlərini keçməməlidirlər:

 

“Yəni buna diqqət edilməlidir. Yalnız təyin olunmuş, xüsusi ayrılmış yerlərdən keçid üçün istifadə olunmalıdır. Vətəndaşlar onlara məxsus olan nəqliyyat vasitələrini qatar relslərinin üzərində saxlamamalıdır.  Qatarın gəlməsinə əmin olandan sonra ondan keçid üçün istifadə etməlidirlər. Məlumatlandırıcı, xəbərdaredici nişanın tələbinə ciddi riayət olunmalıdır. Keçid üçün nəzərdə tutulmayan yerlərdən kənar durmaq lazımdır. Piyadalar üçün nəzərdə tutulmayan hissələrdən keçmək və ya orada hansısa bir oyunlar təşkil etmək, xüsusilə də azyaşlı uşaqların bunu etməsi yolverilməzdir. Yaxud qatar relsinin üzərinə hər hansı vasitələr qoyurlar, bu, təhlükəsizlik baxımından da olmaz. Sərnişinlər həm qatarların hərəkətinə, həm də öz həyatlarına qarşı təhlükə yaratmış olurlar”.

 

Ekspert qeyd etdi ki, ümumiyyətlə, vətəndaşlar qatar relsindən keçərkən ehtiyatlı davranmalıdırlar:

 

“Qatarın gəlmədiyinə əmin olmalıdırlar. Əks halda, ani məsuliyyətsizlik və ya diqqətsizlik faciəyə səbəb ola bilər. Adətən piyadalar qatarın gəlməsinə az müddət qalmış, “hələ vaxtım var, keçə bilərəm”, deyə düşünüb bu addımı atırlar. Nəticədə, ölüm halları da qeydə alınır. Yaxud qatar relsinə çatıb onun gəlməsini gözləmədən və ya gəlib-gəlməməsinə əmin olmadan nəqliyyat vasitəsi ilə keçməyə çalışırlar. Həmin anda nəqliyyat vasitəsinin mühərriki sönə bilər, yaxud hansısa nasazlıq səbəbindən dayana bilər və sonda bu, bədbəxt hadisəyə gətirib çıxarar. Ona görə də mütləq keçiddən istifadə edərkən diqqətli olmalıdırlar”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...