Elektrik enerjisi yeni tariflə hesablanacaq - İkisəviyyəli Plan

Elektrik enerjisi yeni tariflə hesablanacaq - İkisəviyyəli Plan

2017-2020-ci illərdə sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə iki səviyyəli tarif planına keçiləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  bu barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Yeni sistemə əsasən pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına, gecə və gündüz uyğun elektrik enerjisi tarif planı tətbiq ediləcək.

İqtisadçı ekspertlər isə bu qaydanın beynəlxalq praktikaya uyğun olan bir zərurət kimi qiymətləndirirlər.

Strateji Yol Xəritəsində, həmçinin artan komunal xərclərin əhalinin az gəlirli sahəsinə təsir etməməsi üçün aztəminatlı ailə kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması da nəzərdə tutulur.

Belə ki, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanmasına da artıq başlanılıb. Bu təkliflərə əsasən ucqar bölgələrdə xərcli enerji daşıyıcıları qurmaq əvəzinə, alternativ enerji modellərindən istifadə ediləcək.

2020-ci ilə qədər gerçəkləşdirilməsi nəzərdə tutulan yeni tarif planına uyğun olaraq yaxın 2-3 ildə ölkənin ən ucqar nöqtəsinə qədər işıq və qaz problemi həll ediləcək.


OXŞAR XƏBƏRLƏR

Nazirdən bölgələrdə həkim çatışmazlığı ilə bağlı AÇIQLAMA

Bölgələrdə həkim çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə vahid strategiya hazırlayır.   S...

Səhiyyə nazirindən spirtli içkidən ölən 15 nəfərlə bağlı AÇIQLAMA

“15 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı araşdırma aparılır”.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musaye...

Bu məktəblərdə çalışan müəllimlərin NƏZƏRİNƏ

Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu mədəniy...

Neft yenidən ucuzlaşır - Tariflərin artırılması bazarlarda qorxu yaradıb

Neft qiymətlərində yenidən enmə müşahidə edilir.   Sfera.az xəbər verir ki, fevralın 20-də 77 dollar olan “Brent” neftinin qiyməti bu gü...

Xocalı qətliamının intiqamı döyüş meydanında alındı

Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı keçən əsrin sonlarından başlayaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsəd...

Tanınmış professor vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.   Sfera.az-ın məlumatına görə,...