ABŞ-də seçicilər tələsir - 51 milyon insan SƏS VERDİ

ABŞ-də seçicilər tələsir - 51 milyon insan SƏS VERDİ

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi bir çox ştatda erkən səsvermə üçün seçki qutuları seçicilərin üzünə açılıb.

 

Sfera.az xəbər verir ki, seçkilərin başlamasından əvvəl ABŞ prezidenti Co Bayden də daxil olmaqla 51 milyondan çox ABŞ vətəndaşı səs verib. Bəzi seçicilər səslərini poçt qutuları vasitəsilə göndərib.

 

Florida Universitetinin Seçki Laboratoriyasının məlumatına görə, dünən yerli vaxtla saat 16:00-a olan məlumata görə, 24 milyondan çox insan poçt vasitəsilə, 27 milyon insan isə erkən səsvermə qutusunda səs verib.

 

ABŞ-də xüsusilə COVİD-19 epidemiyasından sonra poçtla səsvermə geniş vüsət alıb. 2020-ci il seçkilərində seçicilərin üçdə biri poçtla səs verib.

 

ABŞ-nin ümumi əhalisi 335 milyon nəfərdən çoxdur. 2022-ci ildə 161 milyon seçici səs vermək üçün qeydə alınıb. 2024-cü il seçkiləri bitənə qədər bu rəqəmin daha çox olacağı gözlənilir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...