Zaur Mirzəyevin cəzası azaldıldı

Zaur Mirzəyevin cəzası azaldıldı

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

 

Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

 

Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb - Yeni qiymət

Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,41 % artaraq 76,24 ABŞ dolları təşkil edib. ...

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...