Neft kəskin UCUZLAŞDI - YENİ QİYMƏTLƏR

Neft kəskin UCUZLAŞDI - YENİ QİYMƏTLƏR

Son bir ildə “Brent” neftinin qiyməti 18 faiz enərək 71 dollara düşüb. Bir il əvvəl neft 86 dollardan baha satılırdı.

 

Sfera.az xəbər verir ki, neftin ucuzlaşmasına müxtəlif səbəblər təsir edib. Dünya Bankı proqnozlaşdırır ki, neft qiymətlərində enmə 2025 və 2026-cı illərdə də davam edəcək.

 

Dünya Bankı enerji qiymətlərinin gələn il 6%, 2026-cı ildə isə daha 2% azalacağını proqnozlaşdırır. Son günlər neftin ucuzlaşmasına İsrailin İrana qarşı cavab tədbirlərinin məhdud olması ilə bağlıdır. Yaxın Şərqdə böyük müharibənin olmayacağına dair gözləntilərin güclənməsi neftin ucuzlaşmasına kömək edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR