Qızılın qiyməti 2800 dollara ÇATDI - Bahalaşma davam edəcək?
Qızılın qiymətində növbəti rekord göstərici qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu gün beynəlxalq birjalarda qızılın bir troya unsiyasının qiyməti ilk dəfə olaraq 2800 dollara, bir qramı isə 90 dollara çatıb.
Qızılın bahalaşmasına ABŞ-də prezident seçkilərinin yaxınlaşması təsir göstərib. Seçkilərin nəticələri ilə bağlı narahatçılıq qiymətli metalın dəyərinin bir qədər də artmasına şərait yaradıb.
Bahalaşmanı şərtləndirən digər amil ABŞ-də faiz dərəcələrinin azaldılması gözləntiləridir. ABŞ Əmək Departamentinin hesabatından görünür ki, ölkədə iş yerlərinin sayı 2021-ci ilin yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb. Bu halda gözlənilir ki, FED gələn həftə qısamüddətli borclanma xərclərini 0,25 faiz bəndi azaldacaq. Faizlərin azaldılması qızılın bahalaşmasına kömək edir.
Vasif