Bu qanun ölkədə demokratik dəyişikliklərə yol açdı və inkişafa təkan verdi

Bu qanun ölkədə demokratik dəyişikliklərə yol açdı və inkişafa təkan verdi

Azərbaycan Respublikasının Konstitusiya gününün yaranma tarixinə sayılı günlər qalıb. Məhz 29 il əvvəl – yəni 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Hər kəsə məlumdur ki, Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi.Konstitusiyamızın qəbul olunması isə məhz bu yolda atılan önəmli addımlardan biridir. 

 

Sfera.az bildirir ki, sözügedən tarix də birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin zamanlarda müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Nəticədə, ölkə başçısı Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, deyə ümummilli liderimiz bu barədə çıxışı zamanı qeyd etmişdi. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.  Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Həmçinin Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

 

Konstitusiyada qeyd olunur ki, xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir, idarəçilik isə hakimiyyət bölgüsü əsasında təşkil olunur. Bu qanunun təməl prinsiplərindən biridir. Burada İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılıb. Qeyd olunub ki, bu məsələlərin təmin edilməsi dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. 

 

Eyni zamanda vurğulamaq lazımdır ki, qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulub. Sözügedən qanun ölkəmizdə demokratik dəyişikliklərə yol açıb və bütün sahələrdə inkişafa təkan verib. 

 

Qeyd edək ki, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiya isə müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır.

 

Türkan

 

Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

 

 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...