Dövlət Xidməti Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir keçirdi - FOTOLAR

Dövlət Xidməti Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən şəhərində yerləşən Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, “Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir” mövzusunda keçirilən görüşdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Vətən müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

 

Vətən müharibəsi iştirakçısı, baş leytenant Ceyhun Əliyev isə 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələr verib.

 

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların iştirakı ilə səhnələşdirilən vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiya nümayiş olunub.

 








OXŞAR XƏBƏRLƏR

Bu gün bəzi rayonlarda qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeralt...

Azərbaycan nefti bahalaşıb - Yeni qiymət

Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,41 % artaraq 76,24 ABŞ dolları təşkil edib. ...

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...