Məişət zorakılığı ilə bağlı şikayətə belə baxılacaq - YENİ QAYDA

Cəmiyyət
10:20 / 30.10.2024
5266
Məişət zorakılığının araşdırılmasında psixoloq və pedaqoqların da iştirakı nəzərdə tutulur.
Sfera.az xəbər verir ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.