Millət vəkili cəbhədə baş verən toqquşmadan yazdı

Millət vəkili cəbhədə baş verən toqquşmadan yazdı

Bu gün Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sərhəddə baş verən bugünkü toqquşmalarla bağlı yazıb. O qeyd edib ki, Tovuzla, aidiyyəti qurumlarla tez-tez danış:

"Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb, sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyub. Müdafiə Nazirliyinin yaydığı məlumatda da deyildiyi kimi, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Amma təəssüf ki, işğalçı Ermənistan və onların havadarları hər zaman olduğu kimi yenə də yalan idddialarla Azərbaycanı günahlandırmağa çalışırlar”.

Millət vəkili bildirib ki, bu, ilk hadisə deyil, son zamanlar Tovuz və digər istiqamətlərdə işğalçı ölkənin ordusu dəfələrlə təxribatlara əl atıb, amma hər dəfə də ordumuzun layiqli cavabı ilə qarşılaşıb:

"ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin təmsilçiləri ümumi açıqlamalar verməkdənsə, işğalçı ölkədən işğalı bitirməsini tələb etsələr, o zaman münaqişə də həllini tapa bilər. Bir az əvvəl oxudum ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb. Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi... Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun taleyi bütün ölkəmizi və insanlarımızın diqqətindədir. Onun taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparmağa başladığını açıqlayıb. Allah əsgər qardaşımıza yardımçı olsun və tezliklə onun taleyi ilə bağlı məlumatlar aydınlaşsın və müsbət xəbərlər alaq inşallah. Ölkəmizin bütün istiqamətlərində olduğu kimi, Tovuz istiqamətində də ordumuz düşmənə layiqli cavab vermək səviyyəsindədir və bütün insanlarımız inanır ki, işğalçı ölkənin hər bir təxribatının qarşısı layiqincə alınacaq. Allah bütün ordumuzu, əsgər və hərbiçilərimizi qorusun!”


OXŞAR XƏBƏRLƏR

Nazirdən bölgələrdə həkim çatışmazlığı ilə bağlı AÇIQLAMA

Bölgələrdə həkim çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə vahid strategiya hazırlayır.   S...

Səhiyyə nazirindən spirtli içkidən ölən 15 nəfərlə bağlı AÇIQLAMA

“15 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı araşdırma aparılır”.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musaye...

Bu məktəblərdə çalışan müəllimlərin NƏZƏRİNƏ

Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu mədəniy...

Neft yenidən ucuzlaşır - Tariflərin artırılması bazarlarda qorxu yaradıb

Neft qiymətlərində yenidən enmə müşahidə edilir.   Sfera.az xəbər verir ki, fevralın 20-də 77 dollar olan “Brent” neftinin qiyməti bu gü...

Xocalı qətliamının intiqamı döyüş meydanında alındı

Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı keçən əsrin sonlarından başlayaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsəd...

Tanınmış professor vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.   Sfera.az-ın məlumatına görə,...