Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş etdi

Cəmiyyət
09:00 / 30.10.2024
7428
Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.
Sfera.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hazırda faktla bağlı araşdırma aparılır. (Report)