Aşpazla müştərinin balığa görə mübahisəsi qanlı davaya çevrildi


Aşpazla müştərinin balığa görə mübahisəsi qanlı davaya çevrildi

İspaniyada aşpaz balıq üstündə restoranın qonağı ilə dava edib. Almaniyadan olan 72 yaşlı turist sevgilisi və dostlarının müşayiəti ilə restorana gedib və (perch) sifariş edib. Sonra baş verənlər isə tragikomediyaya çevrilib və dünya mediasında gündəm olub. Baş verənlərlə bağlı iki fərqli versiya var.

 

Sfera.az bildirir ki, İspaniya Mülki Qvardiyasının press-relizinə görə, restoran müştəriləri yeməyin dadının pis olmasından şikayətlənib və balığın başının yandığını bildiriblər.
 

İttihamları eşidən aşpaz mətbəxdən qaçaraq müştəriyə hücum edib. Aşpaz iki stul itələyib, müştəri huşunu itirərək daş döşəməyə yıxılıb. Ürəyi soyumayan aşpaz ona bir boşqab yemək atıb.


Restoran sahildəki bu otel kompleksinin bir hissəsidir

Həkimlər əvvəlcə 72 yaşlı almaniyalı müştəriyə yalnız göyərmə və qançır diaqnozu qoysalar da, iki həftə sonra onun səhhəti kəskin şəkildə pisləşib. Kişinin üç qabırğası sınıb və daxili qanaxma olub. Zərərçəkmiş ağır vəziyyətdə vertolyotla başqa xəstəxanaya aparılıb və təcili əməliyyat bir neçə saat davam edib.
 

Restoranın sahibi İspaniya televiziyasına çıxıb və hər şeyin tamamilə səhv olduğunu iddia edib. Onun sözlərinə görə, alman balığın görünüşündən və dadından şikayət edib, sonra isə hesabı ödəməkdən imtina edib. Aşpaz yeməyin ispan mətbəxinin resepti ilə hazırlandığını izah etdikdə, o, etiraz edərək aşpazın çiyinlərindən tutub. Müəssisənin əməkdaşının qaçdığı, bundan sonra qonağın onun ardınca qaçarkən yerə yıxıldığı iddia edilir.


Restoranın bir işçisinin sözlərinə görə isə, bütün hadisənin qeydə alındığı, müştərinin və onun yoldaşının restoranı tərk edib güldüyünü göstərən videoyazı var. Lakin zərərçəkənin yaxınları iddia edir ki, onun xəsarətlərinin ciddiliyi iki tibbi rəylə təsdiqlənir.
 

Mürəkkəb və gülməli hekayənin istintaqı isə davam edir. Tərəflərdən hansının haqlı olduğunu isə məhkəmə müəyyən edəcək.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

AFFA 4 klubucərimələdi

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun İntizam K...

Ulvi Quliyev növbəti vətəndaş qəbulu keçirib - FOTO

Millət vəkili Ulvi Quliyev növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik və idm...

İnsanlar bu yaşlarda daha tez qocalır - Araşdırma

Stanford Universitetində aparılan araşdırmalar, insan orqanizmində qocalma prosesinin iki kritik dövrdə sürətlənməsini müəyyən edib. Tədqiqatda, yaşla əlaqəli s...

Ukrayna sərvətini ABŞ ilə bölüşür - Qarşılığında nə alacaq?

Fevralın 28-də Ukrayna ABŞ ilə təbii ehtiyatların birgə işlənməsi ilə bağlı mühüm sənəd imzalamalıdır. Müharibə şəraitində olan ölkə üçün bu razılaşmanın şərtlə...

Pakistanda məsciddə partlayış olub, ölənlər var

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.   Sfera.az “Report”a isti...

Çarəsi hələ də tapılmayan CÜZƏM xəstəliyi– Azərbaycanda nə qədər belə xəstə var?

Azərbaycanda ümumilikdə 15 nəfər cüzəmlı xəstə var.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səh...