Xankəndidə yanğınsöndürən maşın aşdı - FOTO

Hadisə
19:45 / 29.10.2024
3315
Xankəndi şəhərində yanğınsöndürən avtomobil aşıb.
Sfera.az xəbər verir ki, baş verən yanğını söndürərək geri qayıdan maşının sürücüsü idarəetməni itirib və avtomobil aşıb.
Hadisə zamanı avtomobildə olan heyət üzvülərindən xəsarət alan olmasa da, maşına ciddi zərər dəyib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.