Aktyor Rusiyada həbs edildi

Dünya
19:02 / 29.10.2024
2902
Aktyor Artur Smolyaninov həbs edilib.
Sfera.az xəbər verir ki, 41 yaşlı aktyor "Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması" və "Rusiya Silahlı Qüvvələrinin istifadəsinə dair bilərəkdən yalan məlumatların açıq şəkildə yayılması" maddələri ilə cinayət törətməkdə ittiham olunur.
Bir maddə ilə onu 6 ilə, digər maddə ilə isə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
O, xarici agentlər siyahısına daxil edilib. (Milli.az)