ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verdi
23:57 / 29.12.2016
1631
ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters”ə Amerika administrasiyasından bildirilib.
Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar.
Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.
Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.