İlkin Əhmədov ailəsinə görə polisə müraciət etməyə hazırlaşır

İlkin Əhmədov ailəsinə görə polisə müraciət etməyə hazırlaşır

Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.

 

Sfera.az-a açıqlama verən İlkin Əhmədov məsələyə aydınlıq gətirib.

 

O bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib:

 

"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?

 

Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz? Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?"

 

İfaçı qeyd edib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək: "Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm". (Axsam.az)


OXŞAR XƏBƏRLƏR

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...

Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.   S...