Azərbaycanda mineral suların kadastrı hazırlanır


Azərbaycanda mineral suların kadastrı hazırlanır

Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı hazırlanır.

 

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

 

Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks olunacaq:

 

“Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların, bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu çox böyük potensialdır. Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi, miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.

 

O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrup təşkil edib:

 

“İşçi Qrup 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq, məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha düzgün istiqamətləndirə biləcəklər”.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...