“Anam da, xalam da bizə gələn elçiləri bəyənmir” - AÇIQLAMA

Maqazin
18:00 / 29.10.2024
12917
“Bacım Sevildə elçilər boldur. Hər zaman onun elçiləri çox olub. Amma anam o elçiləri bəyənmir. Çox seçicidir. Düşünür ki, bu cür qızımı bir oğlana ərə verəcəyəmsə, yaxşı və xeyirli bir insana verim”.
Sfera.az bu sözləri müğənnilər Sevil – Sevinc Səfərovalar “Qonaqcanlı” verilişində deyiblər.
Əkizlər bildiriblər ki, anaları ilə bərabər xalaları Rəsmiyə xanım da elçi mövzusunda diqqətlidir:
“Anamdan əvvəl xalam Rəsmiyyə xanım elçilərə “yox” deyir. O bizi o qədər çox istəyir ki… Elçi düşən kimi heç anamdan soruşmur zəng edir ona deyir ki, filankəsin filankəsi gəlmişdi birbaşa mən “yox” dedim. Mən qızlarımı onlara niyə verim?”