“Kartdan karta” görə 43 sahibkar- Cəzalandırıldı - FOTOLAR

“Kartdan karta” görə 43 sahibkar- Cəzalandırıldı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

 

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

 

“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

 

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, - DVX-nin məlumatında vurğulanıb.

 

 






OXŞAR XƏBƏRLƏR

“Nüvə gücümüzdən istifadə etməyə hazır olun” - Kim Çen İn

Şimali Koreya lideri Kim Çen İn, orduya ölkənin nüvə gücünü istifadə etməyə hazır olmalarını tapşırıb. Bu açıqlama, Şimali Koreyanın regionda gərginliyi artıran...

AFFA 4 klubucərimələdi

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun İntizam K...

Ülvi Quliyevnövbəti vətəndaş qəbulu keçirib - FOTO

Millət vəkili Ulvi Quliyev növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik və idm...

İnsanlar bu yaşlarda daha tez qocalır - Araşdırma

Stanford Universitetində aparılan araşdırmalar, insan orqanizmində qocalma prosesinin iki kritik dövrdə sürətlənməsini müəyyən edib. Tədqiqatda, yaşla əlaqəli s...

Ukrayna sərvətini ABŞ ilə bölüşür - Qarşılığında nə alacaq?

Fevralın 28-də Ukrayna ABŞ ilə təbii ehtiyatların birgə işlənməsi ilə bağlı mühüm sənəd imzalamalıdır. Müharibə şəraitində olan ölkə üçün bu razılaşmanın şərtlə...

Pakistanda məsciddə partlayış olub, ölənlər var

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.   Sfera.az “Report”a isti...