"Ərzaq və əmtəə qiymətləri enəcək" - Dünya Bankı

"Ərzaq və əmtəə qiymətləri enəcək" - Dünya Bankı

Dünya Bankının hesabatına əsasən, gələn il qlobal ərzaq və əmtəə qiymətləri son beş ilin ən aşağı səviyyəsinə düşəcək.

 

Sfera.az Bank Əmtəə Bazarlarına Baxış Hesabatının 2024-cü il oktyabr buraxılışına istinadən xəbər verir ki, ərzaq və digər əmtəə qiymətlərinin enməsinə neftin qiymətinin əlverişli olması səbəb olacaq.

 

Hesabatda qlobal əmtəə qiymətlərinin 2026-cı ilə qədər azalacağı gözlənilir. Proqnoza görə, əmtəə qiymətləri bu il 3,4 faiz azaldıqdan sonra 2025-ci ildə 5,1 faiz, 2026-cı ildə isə 1,7 faiz azalacaq. Bu da qiymətlərin 2020-ci ildən bəri ən aşağı səviyyəsi olacaq.

 

Bankın hesabatında qlobal əmtəə qiymətlərinin 2024-cü ildən 2026-cı ilə qədər təxminən 10 faiz azalacağı təxmin edildiyi bildirilib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR