Milli Məclisin deputatı: "Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin"

Milli Məclisin deputatı:

"Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin, komputerin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, hüquqşünasla arasında baş verən mübahisəyə aydınlıq gətirib. Onun sözlərinə görə, Aslan İsmayılov "Facebook" sosial şəbəkəsində yazıb ki, Qüdrət Həsənquliyev və Fəzail Ağamalı Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilməz: "Guya bizim cəsarətimiz çatmır. Mən də ona zəng etdim ki, cəsarətin varsa, üz-üzə görüşək. O, telefonu asdı. Mən ona nə demişəm ki?! Axı niyə komputerin arxasında insanlara ləkə yaxır? Növbəti dəfə də zəng etdim, telefonu açmadı. Bir daha deyirəm ki, cəsarəti çatırsa, mənimlə üz-üzə gəlsin, debata çıxaq. O kimdi ki, ona hədə-qorxu gələm? Cəmiyyət onu tanıyır, pulgir insandır. Hər şeyin bir həddi var, bu qədər də olmaz axı, insanların şəxsiyyətinə toxunur. Özünü qəhrəman hesab edir?!"
Qeyd edək ki, A.İsmayılov özünün facebook səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.(metbuat.az)


OXŞAR XƏBƏRLƏR

Nazirdən bölgələrdə həkim çatışmazlığı ilə bağlı AÇIQLAMA

Bölgələrdə həkim çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə vahid strategiya hazırlayır.   S...

Səhiyyə nazirindən spirtli içkidən ölən 15 nəfərlə bağlı AÇIQLAMA

“15 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı araşdırma aparılır”.   Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musaye...

Bu məktəblərdə çalışan müəllimlərin NƏZƏRİNƏ

Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu mədəniy...

Neft yenidən ucuzlaşır - Tariflərin artırılması bazarlarda qorxu yaradıb

Neft qiymətlərində yenidən enmə müşahidə edilir.   Sfera.az xəbər verir ki, fevralın 20-də 77 dollar olan “Brent” neftinin qiyməti bu gü...

Xocalı qətliamının intiqamı döyüş meydanında alındı

Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı keçən əsrin sonlarından başlayaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsəd...

Tanınmış professor vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.   Sfera.az-ın məlumatına görə,...