Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilər siyahısında 15 pillə gerilədi

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilər siyahısında 15 pillə gerilədi

Dünyanın 500 ən güclü mütəxəssisi yer aldığı siyahıda Qurban Qurbanov 155-ci pillədə qərarlaşıb.

 

Sfera.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi 1649 xala malikdir.

 

52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini əldən verib. 9 xal itirən Qurbanov 15 pillə geriləyib.

 

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 59-cudir. O, iki pillə geri düşüb.

 

Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 191-cidir. O, səkkiz pillə geriləmə yaşayıb.

 

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2242 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.


OXŞAR XƏBƏRLƏR