Azərbaycanda bankların müştəri bazası 10% ARTDI
İqtisadiyyat
16:07 / 29.10.2024
5665
2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 10.1% və ya 1 milyon 444.5 min nəfər artaraq 15 milyon 784,885 min nəfər olub.
Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 149.5 min nəfər artıb.
Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 21.2% və ya 7 milyon 920.1 min ədəd artaraq 45 milyon 359,360 min ədəd təşkil edib.
Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 78.2%-ni cari hesablar ( 35 mln. 457.9 min), 20.8%-ni kredit hesabları ( 9 milyon 455 min), 1%-ni isə depozit hesabları (446.5 min) təşkil edib.