"Qarabağda torpaqlar yerli sakinlərə icarəyə verilmir" - Aqil Abbas

"Qarabağda torpaqlar yerli sakinlərə icarəyə verilmir" - Aqil Abbas

"Xocalıda torpaqların icarəyə verildiyi şəxslər arasında qarabağlı yoxdur".

 

Sfera.az xəbər verir ki, bunu deputat Aqil Abbasov Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı müzakirədə çıxışı zamanı deyib.

 

“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Torpaqlar kənardan gələnlərə icarəyə verilir. Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. İlham Əliyev Həzrəti Əlinin qılıncı ilə torpaqları işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də.Camaat deyir ki, Füzulinin icra başçısı torpaqları satır, halbuki icra başçısını heç o torpağa buraxmırlar, necə satır?  Böyük quruculuq işləri gedir, amma torpaqlar yerli sakinlərə icarəyə verilmir. Təəssüf edirəm”, - millət vəkili vurğulayıb.   

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...