"1 manata olan içki zəhərdir" - Sahibə Qafarova

Siyasət
14:00 / 29.10.2024
7002
"Ucuz qiymətə satılan alkoqollu içkilər barədə camaat arasında maariflənmə işi aparılmalıdır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında parlament sədri Sahibə Qafarova “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı müzakirədə çıxışı zamanı deyib.
“Hər qiymətə olan içkini içən camaatdır. Əsas camaat arasında maariflənmə işi aparılmalıdır. İqtisadi yox, sadə dillə danışılmalıdır. Camaata deyilməlidir ki, 1 manata olan içki əslində zəhərdir”, - sədr vurğulayıb.
Firuzə Əliyeva