"Pərakəndə satışda minimum qiymət mexanizmi müəyyənləşməlidir" - Deputat

"Pərakəndə satışda minimum qiymət mexanizmi müəyyənləşməlidir" - Deputat

“Qiymətlə keyfiyyətə nəzarət alkoqollu içkilər bazarının bir komponentidir”.

 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı müzakirədə çıxışı zamanı deyib.

 


“Minimum qiymət mexanizminin tətbiq olunması bir vasitədir. Yəni bu bazarı tənzimləyir, keyfiyyətsiz mallarla mübarizə aparır, vergidən yayınmasının qarşısını alır. Bu qanun layihəsi bu mexanizm üçün hüquqi əsaslar yaradır. Pərakəndə satışda minimum qiymət mexanizmi müəyyənləşməlidir. Minimum qiymət bazar iqtisadiyyatına müdaxilə deyil, burada dövlət qiyməti müəyyənləşdirmir. Burada bazar prinisplərinə müdaxilə olunmur. Hər bir məhsulun qiyməti maya dəyərindən formalaşır. Minimum qiymət odur ki, aksizlər də daxil olur”.  

 

A.Əmiraslanov bildirib ki, bazarda 1-3 manata da araq məhsulları satılır:

 

“Qanunla isə 1 litr arağın aksiz vergisi 4 manat 18 qəpik müəyyən olunub. Deməli, burada vergidən yayınma var. Pərakəndə satışda da minimum qiymətin təyin olunması dəyər zəncirini müəyyən edə bilir. Milli iqtisadiyyatımızın neft kimi sütunu var. Qeyri-neft sənayesinin əsas sütunlarından biri bizim içki istehsal edən sənaye müəssisələrimizdir. Onların qurulmasına milyonlarla manat sərf olunub. Bu cür qanunsuz fəaliyyətlərə görə onlar ziyan görür, işçi qüvvəsi azalır. Bazar iqtisadiyyatı gizli yox, qanuni əsaslarla fəaliyyət göstərən iqtisadiyyatdır”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...