"AP də anladı ki, COP29-un Bakıda keçirilməsinə mane olacaq gücdə deyil" - Millət vəkili

"AP də anladı ki, COP29-un Bakıda keçirilməsinə mane olacaq gücdə deyil" - Millət vəkili

“Avropa Parlamentinin son günlər tutduğu mövqe, əslində Azərbaycana qarşı başlanan hibrid savaşda Qərb imperializminin özünün məğlubiyyətidir və qurumun həmişəki radikal ritorikasını saxlamasına baxmayaraq, qətnamədə müşahidə olunan çaşqınlıq, əslində bu qənaətə gəlmək üçün aydın mənzərə formalaşdırır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.


“Əvvəllər COP 29-un Azərbaycanda keçirilməməsi üçün çağırışlar platformasına çevrilən Avropa Parlamentinin son qətnaməsində çarəsizcəsinə çağırış olunur ki, tədbir çərçivəsində Azərbaycana insan hüquqları üzrə öhdəlikləri xatırladılsın. Deməli, Avropa Parlamentində artıq başa düşülür ki, 200-ə yaxın dövlətin Azərbaycana ehtiramı və etimadı qarşısında COP29-un Bakıda təşkilinə mane olmaq gücünə malik deyil. Gürcüstanda Parlament seçkilərinin nəticələri də göstərdi ki, cənab İlham Əliyevin hərbi-siyasi qələbələrindən sonra Qərb İmperializminin Azərbaycandan başlanan məğlubiyyət dairəsi genişlənməkdədir“, - millət vəkili bildirib.


B.Məhərrəmov qeyd edib ki, Azərbaycan ümumbəşəri dəyərlər naminə bütün platformalara açıq olub, o cümlədən Avroparlamentlə gərgin mümasibətlər bizdən qaynaqlanmayıb, amma əgər bu təşkilatın tribunası səlib yürüşləri üçün rupor kimi istifadə olunursa, təbii ki, biz susa bilmərik: “Düzdür, Avropa Parlamentinin növbəti qətnaməsinin ardınca ölkədəki Qərbdən bəslənən antimilli ünsürlər elə bir fon yaratmağa çalışırlar ki, guya, bu qətnamə Azərbaycan dövlətinə yox, Azərbaycan hakimiyyətinə qarşı yönəlib. Amma aydın formada görünən odur ki, hədəf müstəqil Azərbaycan dövlətçiliyi və xalqın suverenliyidir. Hakimiyyətin hədəfə alınması isə Azərbaycanda hakim suveren milli iradənin marionetlərlə əvəzləmək arzusudur. İndi Avropa Parlamenti bizi ifadə azadlığının həyata keçirilməsinə görə, guya, kimlərdənsə qisas almaqda günahlandırır. Amma özləri məlum Qətnamədə tələb edirlər ki, Avropa institutları və Avropanın vəzifəli şəxslərini tənqid edən Azərbaycan rəsmilərinin Aİ binalarına girişi qadağan olunsun. XXI əsrdə fikrini ifadə etdiyinə - yəni Avroqurumları tənqit etiyinə görə sanksiya çağırışı qitə miqyasında ifadə azadlığı üçün böyük təhdiddir. Bu yalnız bizə yönələn akt deyil, ümumbəşəri dəyərlər, o cümlədən 1948-ci il konvensiyası, 1966-cı il Paktları başda olmaqla çoxsaylı sənədlərdə sual altına alınır”.

 

“Ona görə də özünü beynəlxalq hüquqa sadiq hesab edən hər bir subyekt ifadə azadlığına təhdid yaradan bu qətnaməyə görə Avroparlament barəsində qlobal miqyasda çəkindirici addımların atılması istiqamətində iş aparmalıdır.Bizə qalsa, biz öz təhlükəsizliyimizi təmin etmişik, möhtərəm Prezidentin dediyi kimi, Azərbaycan təhlükəsizlik adasıdır”, - deputat sonda vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...