Məhkum müğənniyə həmkarları baş çəkdi
Maqazin
22:22 / 29.12.2016
1037
Bakırköy Qapalı Qadın Cəzaçəkmə evində məhkum həyatı yaşayan müğənni Deniz Sekiyə həmkarları Yeni il sürprizi ediblər.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, Denizin meneceri Özgür Aras tərəfindən hazırlanmış tədbirdə Deniz Akkaya, Gonca Vuslateri, Nükhet Duru, Özgün, Reyhan Karaca, Seren Serengil, Yeliz, Zara kimi məşhurlar iştirak ediblər.
Onlar, nəinki, Sekini, onunla həmin həbsxanada olan digər məhkumlara baş çəkib və onlar üçün musiqilərini səsləndiriblər.