Məşhur idmançı faciəvi şəkildə vəfat etdi - Evin eyvanınından...

İdman
12:35 / 29.10.2024
4594
Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.
Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən il "Beşiktaş" klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.