Gürcüstanda bəzi məntəqələrdə səslər yenidən hesablanacaq

Gürcüstanda bəzi məntəqələrdə səslər yenidən hesablanacaq

Bu gün Gürcüstanda ölkə üzrə bir sıra seçki məntəqələrində oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri yenidən yoxlanılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Mərkəzi Seçki Komissiyası yayıb. 

 

Bildirilib ki, dairə seçki komissiyaları hər bir dairə üzrə beş seçki məntəqəsində bülletenləri yenidən hesablayacaq. Sözügedən məntəqələr isə püşkatma yolu ilə təyin edilib. 

 

Dairə seçki komissiyaları regionlarda səslərin yenidən sayılmasına yerli vaxtla 12:00-da, paytaxt Tbilisidə isə 17:00-da başlayacaq.

 

Qeyd olunub ki, şəffaflığın təmin edilməsi məqsədilə müvafiq orqanlar prosesə nəzarət edə bilərlər.

 

Xatırladaq ki, oktyabrın 26-sı baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib.

 

Oktyabrın 28-də isə Tbilisidə parlament binası önündə Zurabişvilinin iştirakı ilə seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib.


OXŞAR XƏBƏRLƏR

Tramp Zelenskini Ağ Evdən QOVDU -FOTO/VİDEO

Ağ Evdə yaşanan gərgin danışıqlardan sonra ABŞ lideri Donlad Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən çıxıb getməsini istəyib.   Sfera.az xəbər ...

Sumqayıtda yataqxanada YANĞIN: tüstüdən zəhərlənən var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat da...

Sabah maqnit qasırğası gözlənilir

Həftə sonu Günəş aktivliyinin artacağı gözlənilir   Sfera.az xəbər verir ki, martın 1-2-də Günəş və geomaqnit aktivliyi yüksələcək.   Geom...

Qarlı və buzlu yollar: Bakıda nəqliyyatın hərəkəti çətinləşdi

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu ...

Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA

Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.   Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbək...

Polis məşhur aktyor və həyat yoldaşının ölümünün təfərrüatlarını açıqladı

Xəbər verdiyimiz kimi, “Oskar” mükafatlı aktyor Cin Hekman və həyat yoldaşı, çərşənbə günü, fevralın 27-də evlərində ölü tapılıb. Polis araşdırmalar...