Türkiyədə səfərbərlik qanunu dəyişdi
Dünya
21:26 / 29.12.2016
1059
Türkiyə parlamentində konstitusiyaya hakim partiyanın irəli sürdüyü dəyişikliklər müzakirə edilib.
Sfera.az Trend-ə istinadən bildirir ki, konstitusiyaya dəyişiklik təklifinin 13-cü maddəsi qəbul edilib.
Bu maddə ilə Türkiyə prezidentinə fövqəladə vəziyyət elan etmək səlahiyyəti verilir. Prezident müharibə ilə yanaşı səfərbərlik dövründə də 6 ayı keçməmək şərti ilə fövqəladə vəziyyət elan edə bilər.