“Hizbullah” İsrail ərazisinə yeni zərbələr endirib

Dünya
21:28 / 28.10.2024
7060
Livanın "Hizbullah” təşkilatı İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
Sfera.az "Report”a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram” kanalında məlumat verilib.
İsrailin şimal-qərbində yerləşən Akko şəhərindəki hərbi-sənaye müəssisəsi PUA hücumuna məruz qalıb.
Bundan başqa, İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinə də bir neçə raket atılıb.