Elm və təhsil naziri “Maarifçi”lərlə görüşdü - FOTO


Elm və təhsil naziri “Maarifçi”lərlə görüşdü - FOTO

Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb.    
 

Sfera.az bildiri ki, “Maarifçi”ləri salamlayan elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Emin Əmrullayev bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır. 
 

Elm və təhsil naziri həmçinin iştirakçılardan gözləntilər və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışıb.
 

Görüşdə “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.
 

Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
 

Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. 
 

Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

 


OXŞAR XƏBƏRLƏR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.   Sfera.az məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ...