Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO


Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO

Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib.

 

Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin mübahisəsi nəticəsində 44 yaşlı Şahin Şahverdiyev döyülərək qətlə yetirilib.

 

Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur Məmmədquliyevin anası Baku TV-yə danışıb.

 

Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib "yox" cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib:

 

"Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş verib".

 

Cəbrayıl Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 27-də saat 20 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

 

Daha ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.   Sfera.az məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ...