Bakıda aktyor və arvadı 50 min manata görə QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT


Bakıda aktyor və arvadı 50 min manata görə QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxs yaşadığı mənzildə öldürülüb.

 

Sfer.az-ın məlumatına görə, araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edək ki, İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.

 

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

 

İ.Hadıyev mərhələli şəkildə onlardan 50 min manata qədər borc alıb, sonra isə aldığı borcu qaytarmayıb. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

 

İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.   Sfera.az məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ...