ABŞ və Aİ-dən Gürcüstandakı seçki ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

ABŞ və Aİ-dən Gürcüstandakı seçki ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

ABŞ və Avropa İttifaqı Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərini araşdırmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken açıqlamasında beynəlxalq və yerli müşahidəçilərin seçkilərin nəticələrini azad və ədalətli kimi tanımadıqlarını söyləyib.

 

"Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin bütün bildirilmiş seçki pozuntularının tam araşdırılması üçün çağırışlarına qoşuluruq", - Blinken bildirib.

 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell öz növbəsində ATƏT-in təsisatlarından biri olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nəticələrinə istinad edib. Büronun məlumatına görə, seçki günü gərgin mühit, bir sıra prosedur uyğunsuzluqları, habelə seçicilərə qarşı hədə-qorxu və təzyiqlər barədə məlumatlarla yadda qalıb.

 

Avropa diplomatiyasının rəhbəri Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər hakimiyyət orqanlarını üstlərinə düşən vəzifəni yerinə yetirməyə və seçkilərin keçirilməsi ilə bağlı pozuntuların operativ, şəffaf, müstəqil araşdırılmasını və mühakimə olunmasını təmin etməyə çağırıb:

 

“Bu pozuntular aydınlaşdırılmalı və düzəldilməlidir. Bu, seçki prosesinə etimadın bərpası istiqamətində zəruri addımdır”.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu” partiyası parlament seçkilərində qalib gəlib. MSK bildirib ki, partiya 53,93% səs toplayıb. Müxalifət seçkinin nəticələrini qəbul etməkdən imtina edib. Dəyişiklik naminə koalisiya alyansı və Vahid Milli Hərəkat partiyasının nümayəndələri mandatlarından imtina ediblər. Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib və etirazlara çağırıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"ABB" səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesa...

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə h...

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərz...

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...

DTX əməliyyat keçirdi - Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) birgə əməliyyat keçirib, saxlanılan var. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikas...