Vəzifəli şəxslər məsuliyyətə CƏLB EDİLDİ - 84 milyon manat mənimsəmə

Vəzifəli şəxslər məsuliyyətə CƏLB EDİLDİ - 84 milyon manat mənimsəmə

Xaricə ixrac olunan 84 milyon manatdan artıq dəyərdə kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.

 

Bu barədə Sfera.az-a Baş prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, istintaq tədbirləri ilə Azərbaycanda Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib:

 

“Belə ki, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Fruit Yard” və  Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Süleymanov Anar Aydın iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “EA-Fruits” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

 

Qurum qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, *308.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə “ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib:

 

“Bu səbəbdən Əliyev Rəşid Elşad oğlu, Abbasov Ceyhun Şakir oğlu və Əhmədov Elməddin Məhəmməd oğlu cinayət işi üzrə sadalanan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib və onların hər biri barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “TMYB” MMC tərəfindən ümumilikdə 130 min ABŞ dolları pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 221 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəsirov Hacı Səttar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə  qətimkan tədbiri seçilib”.

 

Prokurorluğun məlumatına görə, hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...