Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs

Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs

Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

 

Sfera.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

 

Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq. İlk iclas oktyabrın 31-i keçiriləcək.

 

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

 

Təqsirləndirilən şəxslər həbsdə deyil. İbtidai istintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında hakim onların sərbəst, ya həbsdə mühakimə edilməsi ilə bağlı qərar qəbul edəcək. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Anasının sanitar qovşağa atdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğulan uşağın görüntüləri yayılıb.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlıq vəzi...

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...