Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu

Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu

ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib.

Sfera.az istipress-ə istinadən xəbər verir ki, "Foreign Affairs"  jurnalını dərc edən Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan "Centre for Preventive Action" (CPA) analitik mərkəzində Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Analitik qrup məruzəni hazırlamaq üçün 7 min dövlət məmuruna, beynəlxalq münasibətlər üzrə ekspertə sorğu məktubu göndərib və 500-ə yaxın cavab alıb. 

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan pokovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində CPA-nın bu proqnozuna inanmadığını bildirib: "Bu mərkəzin Dağlıq Qarabağ üzrə açıqlaması daha çox siyasi məqsəd güdür. Həm də oturub yaranmış şərait üzərində proqnoz verirlər. Yəni münaqişə uzanır və hər an kiçik toqquşma böyük müharibəyə çevrilə bilər".

Amma bununla belə Üzeyir Cəfərov 2017-ci ildə müharibə olacağına inanmır: "Gələn il bizdə bir sıra beynəlxalq mədəni tədbirlər gözlənilir. Buna görə də Azərbaycanın bu tədbirlər fonunda müharibəyə başlayacağı inandırıcı gəlmir. Təbii ki, ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan əlində olan imkanlar hesabına düşməni susduracaq".

"Azərbaycan məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".

"İstər ABŞ, istər Rusiya olsun, münaqişənin həllində vasitəçilik edən tərəflər, hələ ki, onun həllini istəmirlər. Həm Amerikanın dövlət katibi Con Kerri, həm də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bu yaxınlarda çıxış edərək Qarabağ münaqişəsinin həllindən danışmağın hələ tez olduğunu vurğulayıblar. Yəni bu qüvvələr Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə hər vəchlə mane olacaqlar", - deyə Üzeyir Cəfərov vurğulayıb.

Lakin Üzeyir Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün müharibədən başqa yol görmür: "Ola bilər ki, beynəlxalq güclər münaqişənin həllini uzadaraq bizi işğal faktı ilə barışdırmağa çalışırlar. Yəni bir 20 ildən sonra deyərlər ki, de-fakto siz Qarabağa nəzarət edə bilmirsiniz, buna görə de-yuro da işğal faktını tanımalısınız. Amma Azərbaycan bu anı gözləməməlidir, məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir". 


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşdı

Prezident İlham Əliyev rəsmi instaqram hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx paylaşıb.   Sfera.az həmin paylaşımı təqdim e...

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Begemot nəcisləri dünyada ən ölümcüldür: Niyə təhlükəlidir?

Begemotlar təkcə iri bədənləri ilə deyil, həm də ölümcül nəcisləri ilə tanınırlar. Bu nəhəng heyvanların təbiətə təsiri çox vaxt gözləniləndən daha böyükdür. Be...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl unitaz oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...