Yamaldan “Real”la oyunda rekord

İdman
15:20 / 27.10.2024
8196
İspaniyanın "Barselona” klubunun futbolçusu Lamin Yamal rekorda imza atıb.
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ispaniyalı oyunçu buna La Liqanın 11-ci turunda "Real” qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Yamal "El Klasiko”da qol vuran ən gənc futbolçudur. O, bunu 17 yaş 106 günündə bacarıb.
Qarşılaşma "Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.